fbpx

BMT-də Ermənistanın Azərbaycanın təbii sərvətlərini talan etməsi məsələsi qaldırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


BMT-nin İnsan Hüquqları Şurasının 52-ci növbəti sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.

Metbuat.az-ın məlumatına görə, toplantıda çıxış edən Davamlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (Youth Parlament of Sustainable Development Goals – YPSDG) vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb.

O nəzərə çatdırıb ki, Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib: “Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb. Bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun olmadığına görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun unikal ekosistemi zədələyib. Vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskinlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılması göstərə bilərəm. Zəngilandakı çinar meşəsinin vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayılıb, bu ərazinin məhv edilməsi ekoloji terrorun daha bir əlamətidir”.

Rüya tabirlerini burdan oku

Qurum rəsmisi bildirib ki, Qarabağda “ekosid” kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhv edilməsi baş verib.

“Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, – deyə Julia Rosso əlavə edib.

YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BMTdə #Ermənistanın #Azərbaycanın #təbii #sərvətlərini #talan #etməsi #məsələsi #qaldırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu