fbpx

Bu yollarda diqqətli olun – Sürət həddi birdəfəlik ENDİRİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlayıb və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıb.

Metbuat.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, həmin yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.

“Statistika paytaxt ərazisində baş verən yol qəzalarının əsas səbəblərindən birinin yüksək sürət olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir”, – deyə sədr qeyd edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yollarda #diqqətli #olun #Sürət #həddi #birdəfəlik #ENDİRİLDİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin