Talış kəndinə daha 158 ailə köçürüləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
İlk mərhələdə Tərtərin işğaldan azad olunmuş Talış kəndinə 20 ailə köçürüldü, burada sakinlərin yaşaması üçün əlverişli şərait yaradılıb. İkinci mərhələdə isə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda kənddə bərpa-quruculuq işləri davam edir. Digər evlərin tikintisi çox qısa vaxt aparacaq. Çünki əsas infrastruktur layihələri icra olunub.
Metbuat.az xəbər verir ki, bu sözləri Talış kəndində AZƏRTAC-a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Qarabağ iqtisadi rayonunda başqa yeni layihələr də həyata keçirilir. “Ağdam, Füzuli, həmçinin Xocavənddə bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir. Füzuli şəhərinin ilk yaşayış məhəlləsində tikinti işləri bu ilin sonunda başa çatmalıdır. İşlər sürətlə davam edir. Eyni zamanda, Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yaşayış məhəllələrində tikinti işlərinə, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa-quruculuq işlərinə başlanılacaq. Paralel olaraq bu ilin sentyabr ayından Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kənd olan Dövlətyarlıda bərpa-tikinti prosesinə start veriləcək. Bu proseslərin hər biri qrafikə uyğun aparılır, yüksək səviyyədə və vaxtında təhvil veriləcək”.
Emin Hüseynov Qarabağ iqtisadi rayonunda ikinci köçün Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə olacağını bildirib, həmçinin Hadrut qəsəbəsi və Tuğda tikinti işlərinə başlanılacağını, gələn il isə həmin yerlərə köç olacağını söyləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Talış #kəndinə #daha #ailə #köçürüləcək