fbpx

Zaqatalada kişi həyat yoldaşını ov tüfəngi ilə öldürdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Zaqatalada qadın qətlə yetirilib, əri saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 17-si saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zaqatalada #kişi #həyat #yoldaşını #tüfəngi #ilə #öldürdü

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin