fbpx

Eldar Sultanov vəzifəsindən AZAD EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Eldar Sultanovun qulluq keçməsinə xitam verilib. K.Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Qeyd edək ki, martın 16-da Eldar Sultanovun 60 yaşı tamam olub.

Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında – Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb. E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. 2020-ci ildə isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi təyin edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Eldar #Sultanov #vəzifəsindən #AZAD #EDİLDİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin