Tahir Kərimli əhalini “qara camaat” adlandırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Gücümüz ancaq pensiya alanlara çatır”.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
“Sonra da deyirik ki, gəlirlərimiz var. Neçə illərlə müqayisə aparanda görürük ki, pensiya alanların sayı azalıb. Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu camaata qara camaat kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xaiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.
Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tahir #Kərimli #əhalini #qara #camaat #adlandırdı