fbpx

İsveçrədə Azərbaycana qarşı qətnamə ilə bağlı vəsatət yekdilliklə rədd edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


İsveçrə Parlamentinin yuxarı palatasında – Dövlətlər Şurasında Qarabağla bağlı müzakirələr keçirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, müzakirələr zamanı isveçrəli parlament üzvləri ötən il Cenevrə kantonunun parlament tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ” başlıqlı qətnamə, eləcə də bir qrup ermənipərəst deputatın təşəbbüsü ilə hazırlanmış “Ermənistanın sağ qalmasının təmin olunması” başlıqlı məsələni nəzərdən keçirib.

Bəzi ermənipərəst parlament üzvləri çıxış edərək, Azərbaycana qarşı qondarma iddialar irəli sürməyə cəhd göstəriblər. Qatı ermənipərəst mövqeyi ilə seçilən parlament üzvü Karlo Sommaruqa Azərbaycanın guya etnik təmizləmə həyata keçirdiyini, beynəlxalq humanitar hüquqa hörmət etmədiyini iddia edib. Başqa bir parlamentari Juiyar Şarl regionda humanitar vəziyyətin gərgin olduğunu, hərbi qarşıdurmanın yenidən canlana biləcəyini bildirib. Juiyar Şarlın fikrincə, Rusiyanın başı Ukraynada müharibə aparmağa qarışdığından rəsmi Moskva üçtərəfli bəyanatın müddəalarının icrasına nəzarət edə bilmir.

Daha bir neçə ermənipərəst parlamentari çıxış edərək, Azərbaycana qarşı sərsəm iddialar səsləndirib və İsveçrə Federal Şurası qarşısında bir sıra qərəzli məsələlər qaldırmağa cəhd edib. Belə ki, Şuradan Azərbaycanın Ermənistana “hücumunu” pisləməsi, Azərbaycanın məhsullarının İsveçrəyə idxalını qadağan etmək, Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmə hüququnu tanımaq tələb edilib.

Müzakirələr zamanı çıxış edən İsveçrənin xarici işlər naziri İqnasio Kassis Qarabağda vəziyyətin humanitar böhran səviyyəsində olmadığını bildirib. Nazir ölkəsinin hadisələrin inkişafını diqqətdə saxladığını, İsveçrənin tərəflər arasında dialoqu təşviq etmək niyyətində olduğunu vurğulayıb. Faktiki olaraq nazir Kasis, BMT Təhlükəsizlik Şurasında, ATƏT-də, eləcə də digər beynəlxalq institutlarda İsveçrənin Azərbaycana qarşı mövqe tutmayacağına işarə edib. Müzakirələr nəticəsində “Dağıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ” sərlövhəli qətnamə ilə bağlı vəsatət yekdilliklə rədd edilib, “Ermənistanın sağ qalmasının təmin olunması” məsələsi ilə bağlı müzakirələrin isə davam etdirilməməsi qərara alınıb.

İsveçrə parlamentinin yuxarı palatasında müzakirə edilmiş və rədd edilmiş bu iddiaların 17-18 aprel tarixində aşağı palatada – Milli Şurada da müzakirəyə çıxarılması planlaşdırılır. Lakin, Yuxarı palatanın qondarma qətnaməyə yox deməsi, hökumətin ehtiyatlı və balanslı mövqeyi belə düşünməyə əsas verir ki, Parlamentin aşağı palatasının da mövqeyi fərqli olmayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İsveçrədə #Azərbaycana #qarşı #qətnamə #ilə #bağlı #vəsatət #yekdilliklə #rədd #edildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin