Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderi dünyada müzakirə mövzusu olub.
Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Rusiya prezidentinin həbsinə dair order 123 ölkədə qüvvədədir.
Roma Statutunu imzalayan bu 123 dövlət Putin üçün verilən həbs orderini icra etməlidir.
Bu ölkələrdən 33-ü Afrikada, 19-u Asiya-Sakit okean hövzəsində, 18-i Şərqi Avropada, 28-i Latın Amerikası və Karib hövzəsində, 25-i isə Qərbi Avropada və başqa ərazilərdə yerləşir.
Qərara görə, Putin bu 123 ölkədən hər hansı birinə gedərsə və ya təyyarə ilə bu ölkələrin üzərindən keçərsə, o, həbs edilməlidir.
Məhkəmə qərarından sonra Putin bir növ təcrid vəziyyətinə düşüb. Pandemiyadan bəri onsuz da Rusiyadan kənara çox da çıxa bilməyən Putinin gedə biləcəyi yerlər bir qədər də daralıb.
Onu da qeyd edək ki, Rusiya Ukraynanı işğal edəndən bəri Putin yalnız Belarus, Tacikistan, Türkmənistan və İrana səfər edib. Bu ölkələr arasında Tacikistan da Roma Əsasnaməsini imzalayıb.
Putinin saxlanıla biləcəyi ölkələrin siyahısı aşağıdakı kimidir:
Əfqanıstan, Albaniya, Almaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Barbados, Beliz, Benin, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Belçika, Yaşıl burun, Kamboca, Kanada, Çad, Çili, Kipr, Kolumbiya, Komor adaları, Cənubi Koreya, Fil Dişi Sahili, Kosta Rika, Xorvatiya, Danimarka, Dominikan, Ekvador, El Salvador, Slovakiya, Sloveniya, İspaniya, Estoniya, Finlandiya, Fici, Fransa, Qabon, Qambiya, Gürcüstan, Qana, Qranada, Yunanıstan, Qvatemala, Qvineya, Qayana, Honduras, Macarıstan, Eire, İslandiya, Kuk adaları, Marşal adaları, İtaliya, Yaponiya, İordaniya, Keniya, Kiribati, Lesoto, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Şimali Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Malta, Mavrikiy, Moldova, Monqolustan, Monteneqro, Meksika, Namibiya, Nauru, Nigeriya, Norveç, Yeni Zelandiya, Niger, Fələstin, Panama, Paraqvay, Hollandiya, Peru, Polşa, Portuqaliya, Birləşmiş Krallıq, Mərkəzi Afrika Respublikası, Çexiya Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominik respublikası, Rumıniya, Samoa, Saint Kitts və Nevis, San Marino, st. Vinsent və Qrenadinlər, st. Lucia, Seneqal, Serbiya, Seyşel adaları, Sierra Leone, Cənubi Afrika, İsveç, İsveçrə, Surinam, Tanzaniya, Tacikistan, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Cibuti, Zambiya.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #ölkələrin #üzərindən #belə #keçsə #həbs #olunacaq