Şuşada ekoaksiyanın iştirakçıları Novruz bayramını qeyd edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub.
Metbuat.az xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb.
“DJ Kənan Drums” tərəfindən müxtəlif musiqilər səsləndirilib.
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.
Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şuşada #ekoaksiyanın #iştirakçıları #Novruz #bayramını #qeyd #edir