Prezident ilk dəfə bu faktı açıqladı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Prezident İlham Əliyev Blinkenlə telefon söhbətində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirib. Prezident ilk dəfədir erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı deyib.
“Bu hərbçilər Azərbaycan ərazisindən çıxarılmadığı müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Əliyevin ABŞ-a izah etmək istədiyi də budur. Şübhəsiz ki, Azərbaycanın bu qüvvələrin məcburi çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində planı var. Ermənistan ordusunun ərazimizdəki hərbçilərinin sayının dəqiqləşdirilməsi də hazırlığın bir hissəsi hesab edilə bilər”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #ilk #dəfə #faktı #açıqladı