“Özüm morqa gedənədək inanmadım” – Vüsalə Əlizadə
BEY.AZ informasiya agentliyi xəbər verir
Aparıcı Vüsalə Əlizadə prodüser Oqtay Əliyevin efir ölüm xəbərini açıqlayarkən hisslərini cilovlamasını yanlış anlayanlara cavab verib.
Metbuat.az Olay.az-a istinadən yazır ki, bu barədə o, instaqram hesabında açıqlama yayıb:
“Xəbəri efir bitənə yaxın mənə dedilər. Hamı bilir ki, belə bir acı yaşamışam. Amma efirin öz qanunları var. Acılarını gizlə və gülümsə… Bu insan bir başqa əziz idi. Xəbəri boğula-boğula dedim, amma inanmadım. Özüm morqa gedənədək… Çox heyif! Əlvida dəyərli insan, müasir televiziyanın danışan dili, ilk addımlarımdan bu yana məni dəstəkləyən Oqtay müəllim”.
Qeyd edək ki, Vüsalə Oqtay Əliyevin sahib olduğu “SOY” prodakşının müəllifi olduğu bir çox layihələrdə aparıcılıq edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Özüm #morqa #gedənədək #inanmadım #Vüsalə #Əlizadə