Bakıda direktor müəllimləri məktəbə buraxmır?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorun müəllimləri məktəbə buraxmaması ilə bağlı iddia yayılıb.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı 3 nömrəli tam orta məktəbdən bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib:
“İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.
Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.
10:43
Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşanıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına maneə yaradıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #direktor #müəllimləri #məktəbə #buraxmır