“Telekanallar savadsız musiqiləri təbliğ edirlər”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rövşən Binəqədilinin ifa etdiyi “Can gedirik almağa” mahnısı 44 günlük Vətən müharibəsi dövründə hər kəsi duyğulandıran ifalardan oldu. Bəlkə də bu ifa 44 günlük Vətən müharibəsinin himninə çevrildi. Əslində, Rövşən Binnətlinin oxuduqları savadlı musiqi notları üzərində yazılmayıb, amma gənclərə yüksək vətənpərlik ruhu verdi”.
Bu sözləri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kulturoloq Vüsalə Məmmədzadə Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, ölkəmizdə telekanalların sənətdən uzaq mahnıların səsləndirmələri təəssüf doğurur:
“Efirlərdə bayağı, mənşəyi bilinməyən mahnılara yer verməkdənsə, cəmi bir neçə cümlə ilə Vətənin qorunmasına çağırış edən belə mahnıları ifa edən gənclərin tanınmasına yer versələr daha səmərəli olardı. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son zamanlar televiziya kanallarında savadsız musiqilərin təbliğatına daha çox yer verilir. Təbii ki, bunu AzTv-yə, eləcə də İctimai televiziyaya şamil etmək olmaz. Nə yaxşı ki, adını qeyd etdiyim televiziya kanalları buna xüsusi nəzarət edirlər”.
“Azərbaycanda vətənpərvərlik ruhda çox gözəl mahnılar ifa edən sənətkarlarımız var: Şəmistan Əlizamanlı, Çinarə Əlizadə və yaxud da Azərbaycanın dəyərli sənətkarı əməkdar artist Aybəniz Haşımovanın yaratdığı akademik məktəbin “Bülbüllər” qrupunu misal göstərə bilərəm. Onların “Vətəndən pay olmayır” mahnısı və sair”, – deyə kulturoloq bildirib.
Qeyd edək ki, “Ağ” partiya sədri Tural Abbaslı sosial şəbəkə hesabında paylaşım edərək müğənni Rövşən Binəqədilinin Mədəniyyət Nazirliyi və telekanallar tərəfindən diqqətdə saxlanılmasının lazım olduğunu qeyd edib. Onun bu paylaşımı sosial şəbəkədə müzakirə yaradıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Telekanallar #savadsız #musiqiləri #təbliğ #edirlər