“Gənclər arasında bu xəstəlik geniş yayılıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Mart ayı bədənin oyanması, qanın durulması və s. kimi adlanır. Hətta, belə deyim var ki, “mart çıxdı, dərd çıxdı”. Bu deyim insanlar arasında ondan irəli gəlir ki, mart ayında bəzi xəstəliklərin, qəfləti ölümlərin xüsusi çəkisi artır. Əgər belə bir deyim varsa, uzunmüddət bu ayda bu cür təlatümlər olub”.
Metbuat.az xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Professor qeyd edib ki, hazırda insanlar arasında ürək-damar xəstəliklərin xüsusi çəkisi artıb.
“Təəssüf ki, gənclər arasında bu xəstəlik geniş yayılmaqdadır. Buna səbəb isə hipodinamiyadır. Yəni, az hərəkətlilik çox qida qəbuluna, xolesterinin artmasına, şəkərli diabetə, qan təzyiqinə və digər xəstəliklərin artmasına səbəb olur. Ümumiyyətlə, mart ayında bu cür hallar kəskin artır. Ona görə də, bu aylarda hər kəs, xüsusən də, ürək-damar xəstəlikləri, xroniki xəstəlikləri olanlar profilaktik müalicə götürməlidirlər. Həkimlərlə məsləhətləşməlidirlər ki, bu cür təlatümlər baş verməsin”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gənclər #arasında #xəstəlik #geniş #yayılıb