Azərbaycanlı şagirdin uğuru – Harvarda qəbul aldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.
Metbuat.az xəbər verir ki, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.
O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, (İELTS İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb.
Gənc onlar arasından Harvardı seçib və burada təhsil alacaq.
A.Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.
Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Vigina, ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanlı #şagirdin #uğuru #Harvarda #qəbul #aldı