fbpx

Dövlət qurumlarının informasiya resursları etibarlı mühafizə olunur

BEY.AZ informasiya agentliyi xəbər verir


“Zimbra” mail xidmətinə rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşmasının “Zimbra Collaboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsilə bir sıra ölkələrdə kiberşpionaj əməliyyatları etdiyi iddia olunur.

Metbuat.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib ki, həmin hesabatda Azərbaycanın da hədəflər arasında olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kiberşpionajın uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.

XRİTDX tərəfindən dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti “Zimbra” platforması üzərində qurulmayıb. Hazırda Xidmət tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30 minə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaq.

Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daim izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daim həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il XRİTDX-nin mütəxəssisləri tərəfindən aparılan kiberkəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domenin yaradılması halları müəyyən edilib, onların hələ hazırlıq mərhələsində bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #qurumlarının #informasiya #resursları #etibarlı #mühafizə #olunur

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin