fbpx

Laçın-Xankəndi yolunda hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.

Metbuat.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus daha 2 yük avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək sülhməramlıların ümumilikdə 29, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 21 avtomobili aksiya ərazisindən keçib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#LaçınXankəndi #yolunda #hərəkətin #sərbəstliyi #mütəmadi #olaraq #təmin #edilir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin