Sağlam qalmaq üçün gündə 11 dəqiqə bunu edin
BEY.AZ informasiya agentliyi xəbər verir
Hər gün təxminən, 11 dəqiqə gəzmək erkən ölüm riskini azaldır. Bununla bağlı İngiltərədə araşdırma aparılıb.
Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, gündə 11 dəqiqə gəzmək vaxtından əvvəl ölümün, ürək-damar xəstəliklərinin və bəzi xərçəng risklərinin əhəmiyyətli dərəcədə qarşısını ala bilər.
Kembric Universitetində aparılan araşdırmalar göstərib ki, sürətli yerimək, rəqs etmək, velosiped sürmək, tennis oynamaq və ya gəzmək vaxtından əvvəl ölüm, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskini kəskin şəkildə azalda bilər.
Tədqiqatçıların sözlərinə görə, hər gün 11 dəqiqə orta intensivlikdə gəzinti həftədə 75 dəqiqə orta intensivlikli fiziki fəaliyyətə bərabərdir.
Rutin gündəlik işlərdən kənar sürətli gəzinti dayaq-hərəkət sisteminin işini təmin edir və əzələlərin damarlara nasos təsirini artırır. Eyni zamanda, məşq zamanı ürək ritmini müəyyən sürətdən yuxarı qaldırmaq ürək sağlamlığı üçün vacibdir.
Yandırılan kalorilər orqanizmin fit qalmasına, qandakı pis xolesterinin aşağı düşməsinə, yaxşı xolesterinin artmasına kömək edir.
Tədqiqatçılar əvvəllər gündə 5000 addımı faydalı hesab edirdi. İndi isə gündə 7-10 min addımın sağlamlığa müsbət təsiri olduğu bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sağlam #qalmaq #üçün #gündə #dəqiqə #bunu #edin