Bu tərəvəzlər iltihab və qocalma ilə mübarizədə kömək edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Alimlərin fikrincə, iltihabın profilaktikası sayəsində qocalmanı yavaşlatmaq olar. “Aging and Disease” nəşrində dərc edilmiş hesabatda deyilir ki, müalicə olunmayan iltihab nəticədə qocalma prosesini sürətləndirə və yaşla bağlı xəstəliklər riskini artıra bilər. Beləliklə, iltihabın profilaktikası həm də qocalmanı yavaşlatmağa imkan verir. Orqanizmdə xroniki xəstəliklərlə mübarizə yollarından biri hərəkətli həyat tərzi ilə birlikdə sağlam qidalanmadır. Mütəxəssislər deyirlər ki, üstəlik, qida maddələri ilə zəngin müəyyən məhsullar iltihab və vaxtından əvvəl qocalma ilə mübarizədə xüsusilə səmərəli kömək edirlər.
Metbuat.az AZƏRTAC-a istinadən bu qida məhsullarından bəhs edir.
Kök. Bədənin sağlam sümük və dəri vəziyyətini dəstəkləyən A vitamininin yaradılması üçün istifadə etdiyi karotenoid – beta-karotin ilə zəngindir. Kök orqanizmdə iltihab və oksidləşdirici stresi azalda, immun sisteminin möhkəmləndirilməsinə kömək edə bilər.
Bolqar istiotu. Təbii antioksidantlar olan C və A vitaminləri ilə zəngindir. Antioksidantların yüksək səviyyəsi onu iltihaba qarşı möhtəşəm məhsula çevirir.
Brokkoli. Brokkoli orqanizmdə C-reaktiv zülalları kimi iltihab markerlərinin səviyyəsini azaltmağa qadirdir. Təbii antioksidantlar olan böyük miqdarda sulforofanlar bu tərəvəzi iltihab əleyhinə məhsula çevirir.
Kartof. Təzə kartof lif, kalium və azad radikallarla mübarizə aparmağa qadir olan C vitamini ilə zəngindir. Qaynadılmış, bişmiş və ya soyudulmuş halda qəbul edilən tərəvəz iltihabı azalda, orqanizmdə xolesterin və qan təzyiqinin səviyyəsini aşağı sala, revmatoid artritdə ağrını azalda bilər.
Yaşıl yarpaqlı tərəvəzlər. Yarpaqlı tərəvəzlər tərkibində yüksək səviyyədə antioksidantlar və polifenolların olduğuna görə ən faydalı iltihab əleyhinə qida məhsulları siyahısına daxil olunub. İspanaq, kələm, yarpaqlı salatlar orqanizmi A, C, E və K vitaminləri, dəmir, kalium, kalsium, maqnezium və liflə təmin edirlər.
Sarımsaq. Bu tərəvəz iltihab əleyhinə xüsusiyyətlərə malik olan kükürd tərkibli birləşmələrlə zəngindir, onlar hətta bəzi xərçəng şişlərinin artmasının qarşısını alırlar.
Soğan. İltihabı azaltmağa kömək edən kaliumla yanaşı, bu əlçatan tərəvəz, həmçinin iltihab əleyhinə effektə malik olan kvertsetin kimi antioksidantla da zəngindir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tərəvəzlər #iltihab #və #qocalma #ilə #mübarizədə #kömək #edir