fbpx

Bakıda evdən 110 min dollar oğurlayan şəxslər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları bir müddət əvvəl Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslər hadisə zamanı oğurluq etdikləri evdən 110.000 dollar, 1000 avro pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #evdən #min #dollar #oğurlayan #şəxslər #saxlanılıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin