fbpx

DİN əməkdaşları Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirib

BEY.AZ informasiya agentliyi xəbər verir


Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycan təbiətinin böyük hamisi ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq 1 000-ə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları digər dövlət orqanları ilə birlikdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DİN #əməkdaşları #Heydər #Əliyevin #illik #yubileyi #ilə #bağlı #ağacəkmə #aksiyası #keçirib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin