Dünya şöhrətli fashion dizayner Svetlana Foka Bakıda təltif olundu
BEY.AZ informasiya agentliyi xəbər verir
Zövq dünyamızı şəkilləndirən məslək sahiblərinin müasir adı fashion dizaynerdir. Bir insan beyninin məhsulunu, zövqünü bütün dünyaya qəbul edirməyi bacarırsa, bu xüsusi bir istedaddır. Svetlana Foka moda dünyasına istedadı ilə səs salan peşəkar fashion dizaynerlərdən biridir.
Svetlana Foka bir müsabiqənin moda aləminə qazandırdığı gənc istedadlardandır. Özünəməxsusluğu ilə o, təkcə öz ölkəsində deyil, dünyada adından söz etdirməyi bacarmışdı. İstedadlı dizayner “Foka Collection” brendinin sahibidir. Onun kolleksiyası zərafəti və unikallığı ilə fərqlənir. Gənc modelyerin dizayn etdiyi geyimləri dünyanın müxtəlif yerlərindən olan xanımlar məmnunluq hissi ilə geyinir. Qırmızı xalı keçidlərində məşhur xanımların geyimi onun imzasını daşıyır.
Gənc modelyerin işgüzar səyahəti Amerikadan başlayır.
2021-ci ilin sonlarında qatıldığı “Miss World 2022” gözəllik müsabiqəsi ilə adından söz etdirməyi bacaran Svetlana Foka ilk məxmər kolleksiyasını da məhz burada nümayiş etdirir. Qatıldığı şoularla daha da tanınan dizayner məşhur insanlar və ulduzlarla iş birliyinə başlayır. Beləliklə, qısa zaman ərzində böyük naliyyətlər qazanır.
Tanınmış dizayner müsahibələrinin birində vurğulayır ki, hər bir insan ayrılıqda qiymətli bir xəzinədir. İnsan hüceyrələrinə qədər ən yaxşısına layiq olduğunu hiss edəndə güc onda olur. Moda dizayneri nominsiyası üzrə dəfələrlə təltif olunan Svetlana Foka 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton Hoteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Fashion Designer of the Year” nominasiyasına layiq görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dünya #şöhrətli #fashion #dizayner #Svetlana #Foka #Bakıda #təltif #olundu