fbpx

Türkiyə “TCG Anadolu”nu təqdim etdi: Dünya hərb tarixində yeni səhifə açılır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin dünyada bir ilk sayılacaq hərbi PUA gəmisi – “TCG Anadolu” istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, uzunluğu 231 metr, eni isə 32 metr olan “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Maksimum yükdəyişmə qabiliyyəti isə 27 min 436 tondur.

Gəmi hazırda orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Rüya tabirlerini burdan oku

Bu və ya digər məqamlarla bağlı açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, ümumiyyətlə, Amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq hələ 2015-ci ildən hazırlanmağa başlanıb:

Turan Rzayev

“Yunanıstan ilə vaxt aşırı gərginlik Rusiya Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükəsizlik problemi ha belə yeni kəşf edilən karbohidrogen yataqları ilə birlikdə Ankaranın artan aralıq dənizi maraqları Türkiyənin donanmasını gücləndirmək zərurətini yaradıb.

Türkiyə hazırkı statistik göstəricilərə görə Türkiyə dünyanın ən böyük 12-ci, Aralıq dənizinin isə 5-ci ən böyük donanmasına malikdir (Statistika mənbələrdən asılı olaraq fərqlilik göstərə bilər). Bu çox ciddi göstərici olsa da Ankara mövcud donanma potensialını artırmaq niyyətindədir.

“TCG Anadolu” bu baxımdan Türkiyənin mövcud donanma potensialını artıracağı kimi dənizlərdə aviasiya üstünlüyü də təmin edəcək. Xüsusilə vurğulanmalı olan məqam isə “TCG Anadolu”nun PUA gəmisi olmasıdır”.

Politoloqun fikirincə, nəzərə alsaq ki, PUA-lar müasir döyüşlərin əvəzsiz bir parçasıdır və Türkiyə bu sahədə kifayət qədər ixtisaslaşmış bir ölkədir, o zaman bu aparatların donanmalara inteqrasiyası və dənizlərdə tətbiqi növbəti yenilik hesab edilə bilər: “Bu, həm də gələcəkdə PUA-ların uçuş məsafəsinin eyni zamanda havada qalma müddətinin artırılması üçün yeni sınaqların keçirilməsi baxımından da vacibdir. Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması dünya hərb tarixində yeni bir səhifənin aralanması deməkdir”.

“Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması Azərbaycan üçün də mühüm bir hadisədir”, – deyən politoloq bildirir ki, ən az Türkiyə kimi, Azərbaycan da Xəzər donanmasını gücləndirməyə çalışır: “Mövcud İran-Azərbaycan gərginliyi Xəzər donanmasının gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Hesab edirəm gələcəkdə Türkiyə və Azərbaycan Xəzərdə “TCG Anadolu” bənzəri bir yeni bir PUA gəmisinin ərsəyə gəlməsi üçün ortaq iş görə bilər.

Xəzər dənizində Azərbaycan donanmasının tərkibində “TCG Anadolu”r PUA gəmisinin olması İran kimi ölkələrə gözdağı olacağı kimi, Mərkəzi Asiya türk dövlətləri nəzdində Ankara və Bakının dəyərini daha da artıracaq. Bu, həm də TDT baxımından da ciddi addım ola bilər”,- deyə politoloq qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #TCG #Anadolunu #təqdim #etdi #Dünya #hərb #tarixində #yeni #səhifə #açılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu