Myanma ordusu xalqını bombaladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Myanma ordusunun Saqainq bölgəsindəki Pa Zi Gyi şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 15-i qadın və çoxu uşaq olmaqla azı 53 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə BBC yerli mənbələrə istinadən məlumat verib. Adının açıqlanmasını istəməyən şahidin sözlərinə görə, hücum saat 07:00 radələrində döyüş təyyarələri ilə başlayıb və daha sonra ərazi helikopterlərlə atəşə tutulub. Qeyd edək ki, Myanma ordusu hava hücumunu ətraf bölgələrdən çoxlu sayda insanın Pa Zi Gyidə “Xalq Müdafiə Qüvvələri”nin ofisinin açılışına qatılmasından sonra təşkil edib.
Qeyd edək ki, Myanma ordusu 2020-ci il parlament seçkilərinin saxta olduğunu irəli sürərək hakimiyyəti ələ keçirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Myanma #ordusu #xalqını #bombaladı