Müdafiə Nazirliyi yeni məlumat yaydı: Mövqelərimiz atəşə tutulur
BEY.AZ informasiya agentliyi xəbər verir
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır.
Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.
Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müdafiə #Nazirliyi #yeni #məlumat #yaydı #Mövqelərimiz #atəşə #tutulur