Elzanın küsülü bacısından ağır sözlər
BEY.AZ informasiya agentliyi xəbər verir
“Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. İstəyirəm, Elza gözümün içinə baxıb desin ki, bu ayrılıq nədən oldu? Kim itirdi ki? Mən yox, o itirdi. Ona nə gəldi geyindirirlər, güldürürlər. Gah başına xoruz qoyur”.
Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan “Maqazin Plus” verilişinə müsahibəsində deyib.
8 ildir küsülü olduğunu etiraf edən sənətçinin bacısı bildirib ki, hər zaman Elzanın “qulu” olub:
“O bilir mən kiməm, ona görə də üzümə çıxmır. Elza bunlara görə mənə cavab verəcək. Mən evin, nəslin böyüyəm. Niyə bunu edir, bizdən qaçır? Axı hər şeyi onun üçün etdik. Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz bu oyundan çıxmadıq, Elza etdi. Gözümün içinə baxıb desin ki, bu nə oyundur? Bəsdir! Siyəzəndən xəbər gəldi ki, Elza xanım qurban kəsib, nəvəsi üçün, sizin payınız da bizdədir. Dedim, haradadır? Dedilər ki, Siyəzəndədir. Allahın adına kəsib, amma qurban ətindən ötrü Siyəzənə gəlim? Yenə də biz onun başını uca tuturuq. O dərəcədədir ki, sən qurban ətini mənə çatdırmaq istəmirsən.
Özü də Laləyə. Mən həmişə sənin qulun olmuşam, həmişə geyindirib-kecindirmişəm, bəzəmişəm, pul istəməmişəm, nələrsə tələb etməmişəm. Amma sən yoxsan. Bunun hesabını soruşacağam. Ürək qırmaqdan pis nə var? Hər şeyi Allah bağışlayır. Ürəyin qırılmağını mən yaşadım. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam”.
O, bildirib ki, heç zaman bacısını bağışlamayacaq:
“Onu bağışlamayacağam (ağlayır). Mən həmişə açıqlama verməkdən qaçmışam. Reklam xatirinə ağlamıram. Rasimə də efirə çıxmaq istəyir, getmir, deyir, sual verəcəklər. Deyirəm, Rasimə, nə vaxta qədər gizlənəcəyik? Axı işimiz budur, çörək qazanmalıyıq, irəli getməliyik. Deyir ki, axı soruşacaqlar, deyirəm, nələrisə danış.
Lalənin sözlərinə görə, Elzanın rəfiqələri onunla aralarında olan münasibətlərə “zəhər” toxumları səpərək, hətta onunla salamlaşmağa belə icazə vermirlər:
“Onun sözünə baxdığı adamlar da cavabsız qalmayacaq. O, bizim nəslimizi geri saldı. İrəli getməyi üçün çox şeylər etmişdik. Nəinki məni və digər bacılarını, hətta uşaqlarımızın da psixologiyasını pozdu. Onlar indi də anlamırlar ki, nə baş verir. Mənə, nəslimizə açıqlama ver! Bir özü, bir də bərbad geyimləridir. Özü də qocalıb, mən burada işləyirəm, düz qarşımdan keçir. Guya telefonla danışır. Mən isə düz baxıram. Baxacağam da. Mənə salam vermir. Rəfiqələri buna icazə vermir. Bizim pullarımızla ona ev, maşın aldırırlar, xaricə köçürlər. O pulları tək qazanmayıb ki,… Biz 4 bacı birgə qazanmışıq. Elza elə-belədən Elza Seyidcahan olmadı”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elzanın #küsülü #bacısından #ağır #sözlər