Laçından ən son görüntülər – FOTOLAR
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın dilbər guşələrindən olan Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Yazın gözəlliyi ilə həmahəng olan şəhər, gecələr isə çil-çıraqlı mənzərəsi ilə göz oxşayır.
Metbuat.az Azertac-a istinadən xəbər verir ki, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. Təəssüflər olsun ki, işğal zamanı erməni vandalizmi nəticəsində 1500-dən artıq ev tamamilə dağıdılıb, təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusuna məğlub olan düşmən Laçından da çıxdı. Laçın əsl sahiblərinin nəzarətinə keçdikdən sonra isə artıq burada geniş tikinti-bərpa işlərinə başlanılıb.
“Bakı Abadlıq Xidmətinin” memarı Elnur Abdullayev bildirib ki, hazırda Laçın şəhərində yeraltı magistral kommunikasiya xətləri çəkilib başa çatıb, ev birləşmələri işləri aparılır: “Yeraltı xətlər – içməli su, yağış suları, kanalizasiya, elektrik, rabitə, qaz və küçə işıqlandırılması xətlərindən ibarətdir. Laçın şəhərində 9 ədəd içməli su anbarı, 3 ədəd yağış sularının toplanması anbarı, 1 ədəd çirkab suların təmizlənmə qurğusunun tikintisi davam edir. Həmçinin bərpası mümkün olan evlər əsaslı təmir olunur, işlər bitmək üzrədir. Müasir memarlıq üslubuna uyğun olaraq, xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparılır. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirilir”.
İşğal zamanı ekoloji terrora məruz qalan Laçın şəhərinin yaşıllıq zolaqları da bərpa edilir. Şəhər ərazisində yeni parklar salınır, iqlimə uyğun yeni ağac və bitkilər əkilir. Həyətyanı sahələrdə damcısuvarma sistemi quraşdırılır.
Yol infrastrukturunun qurulması üçün birinci üz asfalt örtüyünün salınması işləri davam edir.
İş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması da nəzərdə tutulur.
Sürətlə həyata keçirilən işlər Laçının doğma sakinlərinə tezliklə yenidən qucaq açacağından xəbər verir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçından #ən #son #görüntülər #FOTOLAR