Kanadada hökumət idarələrində çalışan 155 min məmur tətilə çıxdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Kanadada federal hökumət idarələrində çalışan 155 min dövlət məmuru tətilə çıxıb.
Metbuat.az xəbər verir ki, işçilərin tətil etməsinə səbəb hökumət və həmkarlar ittifaqı arasında aparılan danışıqlarda razılığın olmamasıdır. Həmkarlar ittifaqlarının əsas təşkilatı olan Kanada Dövlət Xidmətləri Assosiasiyasının prezidenti Chris Aylvard bildirib ki, federal hökumətlə aparılan danışıqlarda razılıq əldə edilməyib. Bundan sonra həmkarlar ittifaqlarının üzvü olan 155 min işçi tətilə çıxıb. Aylvard, müzakirə edilən məsələlərin təfərrüatlarını açıqlamayacağını, lakin əsas məsələlər həll olunana qədər birliyin tətilə davam edəcəyini bildirib.
Kanadanın Xəzinədarlıq Departamenti hökumət adından verdiyi açıqlamada qeyd edib ki, hökumət razılaşmaq üçün əlindən gələni edir. Bildirilir ki, Dövlət Xidmətləri Assosiasiyası hökumətin kanadalılara xidmət etmək qabiliyyətinə ciddi təsir göstərəcək istəklərdə israr edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kanadada #hökumət #idarələrində #çalışan #min #məmur #tətilə #çıxdı