“Rusiyanın başı Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi “unutmur” ”
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələrin başında Rusiya gəlir. Sözdə Azərbaycanı tərəfdaş adlandıran ölkənin rəsmiləri, hakim partiyanın deputatları, Kremlin media resursları Azərbaycan əleyhinə açıqlamalara ara vermirlər, başları Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi də “unutmurlar”.
Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışından irəli gəlir.
Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Dumasının deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Duma rəhbərliyinin qiymət verəcəyini zənn etmirəm, əks halda illərdir Azərbaycan əleyhinə danışan Dövlət Dumasında digər komitə sədrinin müavini və hakim partiyanın üzvü Konstantin Zatulinə xəbərdarlıq edirdilər. Bu adam dayanmadan Azərbaycan əleyhinə danışır və kimsə ona demir ki, “Rusiyanın tərəfdaşı olan Azərbaycan əleyhinə açıqlamaları dayandırın”.
Politoloq Elxan Şahinoğlu / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyanın #başı #Ukraynada #işğalçı #müharibəyə #qarışsa #bizi #unutmur