fbpx

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu barədə Metbuat.az-a XİN-dən bildirilib.

Hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin, təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.

Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin qaynar xətti: +201010271387



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sudandan #Azərbaycan #vətəndaşı #təxliyə #edilir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin