fbpx

Binəqədidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərsu” ASC Bakının Binəqədi rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edib.

Bu barədə Metbuat.az-a qurumdan bildirilib.

Məlumata görə, rayonun 2-ci mədən, 78-ci korpus ünvanında fəaliyyət göstərən ət kəsimi məntəqəsində suyun talandığı aşkarlanıb. Sahibkar texniki şərt almadan şəbəkəyə özbaşına qoşulub. Özünü qazi kimi təqdim edən sahibkar sudan qanunsuz istifadə etməklə yanaşı, əməkdaşların qanuni tələblərinə də məhəl qoymayıb.

Binəqədi qəsəbəsi, Nurlu massivində tikilən apartman tipli yaşayış binasında da texniki şərt almadan, müqavilə bağlanmadan sudan qanunsuz istifadə edilir. Həyata keçirilən nəzarət tədbirləri zamanı sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilmiş fərdi yaşayış evlərinin hər birinə qanunsuz su xətti çəkildiyi də məlum olub.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib və su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq.

Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 2 638, Binəqədi rayonunda 528 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Binəqədidə #içməli #sudan #qanunsuz #istifadə #halları #aşkarlanıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin