fbpx

“Pəncərədən boylananda arvadımı kişi ilə gördüm”

BEY.AZ informasiya agentliyi xəbər verir


Abşeron rayonunda 1987-ci il təvəllüdlü Emin qısqanclıq zəminində keçmiş həyat yoldaşı, 1996-cı il təvəllüdlü Rozanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, Emin dayısı qızı Roza ilə ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında rəsmi nikah pozulduqdan bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib.

Yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Emin 30 may 2022-ci ildə saat 21.20-də yüngül alkoqol sərxoşluğunun təsiri altında Roza ilə mobil telefonla danışıb.

Bu vaxt Emin “işdən çıx, evə gəl, anam da gedib, birlikdə yaşayaq” deməsinə Roza “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var” deyə cavab verib.

Emin Rozanın ona xəyanət etməsi qənaətinə gəlib və qısqanclıq zəminində onu öldürmək niyyətinə düşüb. Bu məqsədlə Xırdalan şəhərindəki evindən bıçaq götürüb və Rozanın yaşadığı Gənclər şəhərciyinə gəlib. O, blokda bir müddət gözlədikdən sonra təxminən saat 22.20-də Rozanın azyaşlı oğlu və rəfiqəsi ilə birlikdə gəldiklərini görüb.

Emin özü ilə gətirdiyi bıçağı çıxarıb, heç bir söz demədən Rozaya 13 zərbə endirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2010-cu ildə dayısı qızı Roza ilə Gürcüstanda ailə qurub:

“2013-cü ildə Bakıya köçdük. 9 yaşında və 3 yaşında olmaqla 2 uşağımız var. 2017-ci ildə boşandıq. Bir il ayrı qaldıqdan sonra yenidən barışdıq və birgə yaşadıq. Lakin rəsmi nikah bağlamadıq. Hadisədən 4-5 ay əvvəl Gürcüstana qayıtdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 dekabr 2021-ci ildə atası rəhmətə gedib: “Gürcüstanda dəfn işlərini həll edəndən sonra anamı da Bakıya gətirdim. Anamı gətirməmişdən əvvəl Roza narazılıq etdi, anası gələrək onu apardı. Mənə “nə vaxt ayrı yaşayacaqsansa, Rozanı gəlib apararsan” dedi. İki ay biz ayrı qaldıq. Valideynləri Rozaya məndən icazəsiz qaldığım binanın 1-ci mərtəbəsində kirayə ev tutdular, ofisdə iş tapdılar”.

Eminin ifadəsinə görə, 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rozanın evinin işıqlarının yanılı olduğunu və içəridən səs gəldiyini eşidib: “Qalxaraq pəncərədən boylananda arvadımın rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını gördüm. Aşağı düşdüm və ona zəng vurdum. Əsəbi halda bir-birimizlə telefonla danışdıq. 1-2 gün sonra dayıma zəng etdim. Dayım telefonu açmadı. Daha sonra özü zəng etdi və “eşitdim qızımı öldürmək istəyirsən, Rozanı öldür, sənin də, mənimdə namusum təmizlənsin” dedi”.

Eminin sözlərinə görə, hadisə olan gün Roza ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini deyib: “Roza ilə danışanda yanımızda Səbinə adlı rəfiqəsi də vardı. Bizim mübahisə etdiyimizi gördükdə Səbinə qaçdı. Rozaya 8 bıçaq zərbəsi vurdum. Hadisə zamanı oğlum orda yox idi, Səbinənin bacısının evində idi, sonradan ora gəldi”.

Qətli törədən və qətlə yetirilən şəxslərin azyaşlı övladarı Asifin müəllimi Kəmalə şahid qismində ifadəsində bildirib ki, 2015-ci ildən hal-hazıradək orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir: “Roza ilə münasibətimiz yaxşı olub. Onunla tanışlığım məktəbdə yarandı. Oğlu Asif ibtidai sinif müəlliməsi olduğum 2-ci sinif şagirdi idi. 2020-2021-ci tədris illərindən mənim sinfimdə oxudu.

Zərərçəkmiş şəxs özü və ya oğlu heç vaxt ailə problemlərindən danışmayıb. Buna baxmayaraq onların ailəsində problemlər və maddi sıxıntılar olduğu hiss olunub. Bəzən Asif mənə müraciət edərək ac olduğunu, bufetdə yemək almağa pulu olmadığını deyirdi”.

Şahidin sözlərinə görə, 2022-ci ilin fevralında Roza danışıq vaxtı ərindən ayrıldığını, bundan sonra ərindən ayrı yaşayacağını deyib və müvəqqəti öz əşyalarını onun evinə yığmağı, ona işlərini yola vermək üçün bir neçə günlük şərait yaratmağı xahiş edib: “Sonradan o, öz əşyalarını gələrək evimdən götürdü və şəhərcikdə yaşayan digər valideyn Səbinənin evinə apardı.

Bəzən Roza zəng edib və Biləcəri qəsəbəsində yaşayan valideynlərinin yanına getdiyini, Asifi gətirə bilməyəcəyini deyib. Danışıq vaxtı oğlunu Biləcəri qəsəbəsində orta məktəblərini birinə keçirməyi tövsiyə etsəm də, Roza Asifi mənə və məktəbə bağlı olduğunu dedi. Habelə onların maddi vəziyyətinə görə Asifi təmənnasız dərsdən əlavə hazırlayaraq dərs keçmişəm”.

Kəmalənin ifadəsinə görə, Roza əri ilə 2022-ci ilin fevral ayında ayrıldıqdan sonra çox pis vəziyyətdə olub: “Bir dəfə ağlayaraq maddi imkanı olmadığını, kirayə ev axtardığını dedi, ona maddi köməklik göstərməyimi xahiş etdi. Bu məsələni digər valideynlərlə müzakirə etdim. Onlar da kimin nəyə imkanı çatdısa, kömək etdi. Həmin şəhərcikdə kirayə mənzilin birinci ayının pullarını yığaraq dəstək göstərdik.

Bundan sonra Roza uşaqları ilə həmin şəhərcikdə ayrı yaşamağa başladı. Özünə iş də axtarıb, xadiməliklə, sakinlərin evlərini təmizləməklə əziyyətlə, güclə pul qazanıb. Ümumiyyətlə Roza çox mərd, uşaqlarını sevən, güclü, xasiyyətcə aktiv, ünsiyyətli, mədəni insan olub. Bildiyim qədər namaz da qılırdı”.

Kəmalə qeyd edib ki, 30 may 2022-ci ildə saat 23 radələrində bir nəfər ona zəng edib və Eminin həmin gün “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin ərazisində Rozanı qətlə yetirdiyini deyib: “Roza əri mənimlə söhbətlərdə Eminin onu qaytarmağa çalışdığını, lakin özünün razı olmadığını, ərindən başqa qayınanası və baldızı ilə da mübahisə etdiklərini deyirdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pəncərədən #boylananda #arvadımı #kişi #ilə #gördüm

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin