1 həftəyə 7 kilo arıqladan türk qəhvəsi pəhrizi
BEY.AZ informasiya agentliyi xəbər verir
Günün istənilən vaxtında istehlak edilən türk qəhvəsi çəki atmaq üçün də olduqca faydalıdır. yağ yandırmağa da kömək edir. Demək olar ki, kalorisi olmayan türk qəhvəsi ilə artıq çəkinizdən xilas olmaq istərdinizmi? Çox yüksək miqdarda antioksidan xüsusiyyətə malik türk qəhvəsi ilə 1 həftədə 7 kilo arıqlaya bilərsiniz. Bəs yağları çox tez yandıran türk qəhvəsi pəhrizi necədir?
Gündə ən az iki dəfə və daha çox içilən qəhvənin faydaları saymaqla bitmir. Mütəxəssislərin apardığı araşdırmada da məlum olub ki, qəhvə aludəçilərinin imtina edə bilmədiyi və tez-tez istehlak etdiyi qəhvə bədəndəki yağların əriməsini sürətləndirir. Sadə, orta və şirin qəhvə ilə hazırlanan türk qəhvəsi ilə arıqlaya və enerjili ola bilərsiniz. Türk qəhvəsi maddələr mübadiləsini sürətləndirməkdə çox təsirlidir və toxluq xüsusiyyəti ilə birləşdikdə əla arıqlama üsuluna çevrilir.
Metbuat.az saglamolun.az-a istinadən 1 həftəyə 7 kilo arıqladan türk qəhvəsi pəhrizini təqdim edirik:
Türk Qəhvəsi necə hazırlanır?
Qəhvə qabına 1 qəhvə fincanı su və 2 çay qaşığı qəhvə əlavə edib qarışdırın. Qarışdırdıqdan sonra sobaya aparın və zəif odda bişənə qədər gözləyin. Qaynamağa və köpüklənməyə başlayanda ocaqdan götürüb yavaş-yavaş fincana tökə bilərsiniz. Budur, qəhvəmiz hazırdır.
TÜRK QƏHVƏSİ DİET SİYAHISI
1-Cİ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 2 qaynadılmış yumurta
– Kələm və pomidor ilə salat
Axşam
– 150-200 qram buxarda bişmiş balıq
– Kələm və göyərti ilə salat
2-Cİ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 1 dilim qəhvəyi tost
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– Yağsız qızardılmış orta ölçülü balıq
– Kələm və göyərti ilə salat
Axşam
– Yağsız mal əti (150-250 qram)
– 1 kasa qatıq
3-CÜ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 1 qaynadılmış yumurta
– 1 qaynadılmış və sürtgəcdən keçirilmiş yerkökü
Axşam
– 2 orta yaşıl alma
4-CÜ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– Təzə və qaynadılmış tərəvəzlər (kartof istisna olmaqla)
– 2 orta yaşıl alma
Axşam
– 150 qramdan 200 qrama qədər buxarda hazırlanmış mal əti
– Kələm salatı
5-Cİ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 2 orta yaşıl alma
– 1 qaynadılmış və sürtgəcdən keçirilmiş yerkökü
Günorta
– 400 – 450 qram buxarda bişmiş balıq
– 1 böyük stəkan pomidor suyu
Axşam
– Fırında folqa içərisində 200 qram bişmiş balıq
– Kələm salatı
6-CI GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 150 – 200 qram toyuq filesi
– Kələm və yerkökü ilə salat
Axşam
– 2 qaynadılmış yumurta
– Təzə yerkökü salatı
7-Cİ GÜN
Səhər
– 1 qəhvə fincanı adi türk qəhvəsi
Günorta
– 1 qəhvə fincanı adi türk qəhvəsi
– 150-200 qram buxarda hazırlanmış dana əti
– 2 orta alma
Axşam
– 200 qram qızardılmış balıq
– Kələm və mövsümi göyərti ilə salat
Qeyd: Yanaşı xəstəlikləri olanlar, şəkərli diabet, ürək xəstəlikləri və digər xroniki xəstəlikləri olan insanların bu diyetanı tətbiq etməyi məsləhət deyil. Ümumiyyətlə isə, tətbiq etməzdən öncə öz həkiminizlə məsləhətləşin.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#həftəyə #kilo #arıqladan #türk #qəhvəsi #pəhrizi