Milli Məclisin deputatları Türkiyədə keçiriləcək seçkiləri müşahidə edəcəklər
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Məclisin bir qrup deputatı Türk Dövlətləri Təşkilatının xətti ilə mayın 14-də Türkiyə Respublikasında keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlar Hikmət Məmmədov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov, Məzahir Əfəndiyev və Ramin Məmmədov beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Deputatların səfəri mayın 16-da başa çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclisin #deputatları #Türkiyədə #keçiriləcək #seçkiləri #müşahidə #edəcəklər