Emin Əmrullayevdən “Son zəng”lə bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Elm və Təhsil Nazirliyi “Son zəng”in tarixinin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, təhsil ilini qısaltmaq, əvvəlki kimi mayın 30-na çəkmək təhsildən gözləntiləri azaltmağa gətirib çıxara bilər: “Mən indiki şagirdlərlə müqayisədə iki il daha çox dərsə getmişəm. Şənbə günlərini də nəzərə alsaq, bizim uşaqlarımız indi daha az dərsə gedirlər. Zamanında verilən həmin qərarın mahiyyəti bu idi ki, tədris ili nə qədər uzun olarsa, uşaqlarımız üçün daha yaxşı olar.
Digər tərəfdən, mayın 30-dan iyunun 15-dək olan müddətdə orta aylıq hava temperaturu ilə sentyabrın 1-15-i arasında elə bir fərq yoxdur. İnanıram ki, tədris müddəti nə qədər çox olarsa, o qədər yaxşı olar.
Bizim “Son zəng”imiz mayda olsa da, iyun ayında imtahanlar verirdik. İli qısaltmaqla təhsilə aid gözləntilərimizi də qısaltmalı olarıq. Bunu isə biz istəmirik”.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Emin #Əmrullayevdən #Son #zənglə #bağlı #AÇIQLAMA