Litva Rusiyanı “Moskoviya” adlandıra bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Litva Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsini nəzərdən keçirir.
Metbuat.az “Verslo Zinios”a istinadən xəbər verir ki, bunu Litva Seyminin komitə rəhbəri Raymundas Lopata bildirib.
Belə ki, Seymin Gələcəyi Komitəsi Rusiyanın coğrafi adının dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır.
Lopatanın sözlərinə görə, Litva siyasətçiləri Rusiya Federasiyasının tarixi ilə bağlı məruzəsini Seymə təqdim edəcək tarixçi Alfred Bumblauskasın tədqiqatları əsasında həll yolunu axtaracaqlar.
“Biz Rusiyanı Rusiya adlandırırıq, ona görə ki, o, özünü ilk növbədə belə adlandırır. Ənənəvi olaraq Rusiya adlandırdığımız ölkənin dəqiq adının müəyyənləşdirəcəyik”, – Lopata deyib.
Qeyd edilir ki, “Moskoviya” Qərb mənbələrində Rusiya dövlətinin siyasi-coğrafi adıdır, XV-XVIII əsrin əvvəllərində “Rusiya” etnoqrafik adı ilə paralel olaraq müxtəlif adlar işlənib. Bununla yanaşı, Moskva knyazlığının latınca adı “Moskoviya” olub.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Litva #Rusiyanı #Moskoviya #adlandıra #bilər