Türkiyədə hüquq təhsili almaq üçün qəbul şərtləri necədir?
Keçmişdən bu günə qədər uzun illər öz aktuallığını qoruyan ixtisaslardan biri də hüquqşünaslıq peşəsidir. Cəmiyyətin daim ədalət qoruyucularına ehtiyacı və bunun bir formada tənzimlənməsi həyatın həm yazılı həm yazılmayan qanunlarındandır. Məşhurlardan biri deyir ki, ən xoşbəxt cəmiyyət qanunlarla idarə olunan deyil öz hüquqlarını tanıyan cəmiyyətdir. Bunun üçün isə hərkəsin hüquqşünas olmasına ehtiyac olmasa da, ən azından cəmiyyətdə hərkəsin ilkin formada qanun anlayışının olmasıdır. Növbəti mərhələdə isə bütün cəmiyyətlərdə peşəkar formada hüquq anlayışı olan ədalət təmsilçilərinin fəaliyyət göstərməsi mütləqdir. Cəmiyyətin bu yöndə olan ehtiyacından, təlabatından və s. dolayı zaman-zaman yeni həyata atılan gənclər arasında sözügedən peşədə çalışmaq həvəsi formalaşır. Bəziləri üçün isə bu uşaqlıqdan bir xəyal olaraq başlayır. Bəs bunun üçün hansı adddımlar atılmalı?, Hüquqşünas təhsilini necə almalı?, Universitet seçimini nəyə əsasən müəyyən etməli? və s. kimi suallara cavab tapdıqdan sonra bu yolda uğurlu addımlamağa başlaya bilərsiniz. Biz də öz növbəmizdə sizin üçün faydalı olan bəzi məqamlara aydınlıq gətirdik.
Hərkəs hüquqşünas ola bilərmi?
Əgər həqiqətən də bu sənət üçün yaradıldığınızı hiss edə bilirsinizsə bu sualı özünüz üçün verməyə bilərsiniz. Ancaq sadəcə günün tələblərinə uyğun prestijli ixtisas olaraq bu peşəni seçmisinizsə mütləq şəkildə aydınlaşdırmalı olduğunuz bəzi məqamlar var. Sizi qarşıda qanunlarını və müddəalarını əzbər formada bilməli olduğunuz hədəflər gözləyir. Eyni zamanda düzgün analiz etmək bqabiliyyəti, araşdırmalar aparmağa həvəsli və iradəli olmaq kimi tələblər də var. Bundan başqa bu peşənin təmsilçilərinin geniş dünyagörüşü, dil bilikləri və s. cəhətdən də bacarıqlı olmaları faydalıdır. Sadalanan xüsusiyyətlər təbii ki, zamanla qazanılan və formalaşdırılan tələblərdir. Bunlar sizi qorxutmasın. Əksinə peşənizin ciddiyyətini, məsuliyyətini dərk etmək üçün faydalıdır.
Ən yaxşı hüquq təhsilini harada almaq olar?
Dünya təcrübəsinə eləcə də ölkəmizdə keçirilən qəbul imtahanlarının keçid balları üzrə tələblərə əsasən hüquqşünaslıq üzrə balların nisbətən yüksək olduğu məlum olur. Digər ixtisaslarla müqayisədə daha savadlı, intellektual və bacarıqlı kadrlara ehtiyac duyan bu peşədə təhsil almaq üçün mütəxəssislər tərəfindən əksərən xarici universitetlərin təcrübəsindən faydalanmaq tövsiyyə olunur. Fərqli cəmiyyətlərin hüquq və ya məhkəmə təcrübəsindən yararlanmaq gələcək karyerada öz müsbət təsirlərini göstərir. Son dövrlər gənclər arasında Avropa ölkələriylə yanaşı Türkiyədə təhsil almaq məşhurlaşmağa başlayıb. Təhsil sisteminin yüksək keyfiyyətə və müasir standartlara cavab verməsi, gənclərin geniş təcrübə qazanmasına şərait yaradan imkanların olması, təhsil haqqlarının münasibliyi və s. xarici tələbələrin buraya axın etməsinə səbəb olur. Eyni zamanda təhsil müddətinin sonunda məzunlar beynəlxalq diplomlarla təmin olunur.
Türkiyədə ən yaxşı hüquq təhsili vəd edən universitetlər hansılardır?
Son illərin statistikasına əsasən qardaş ölkədə hüquq təhsili təklif edən ən nüfuzlu universitetlərin ilk onluğu aşağıdakı kimidir. Qeyd edək ki, hüquq üzrə bakalavr təhsilinin müddəti 4 ildir.
- İstanbul Universiteti
- Marmara Universiteti
- Ankara Universiteti
- Səlcuq Universiteti
- Dokuz Eylül Universiteti
- Ankara Hacı Bayram Vəli Universiteti
- Kırıkkale Universiteti
- Atatürk Universiteti
- Anadolu Universiteti
- Dicle Universiteti
Türkiyədə hüquq təhsili almaq üçün hansı dil bilikləri tələb olunur?
Türkiyədə hüquq ixtisası üzrə təhsil ingilis və türk dili olmaqla iki bölmə üzrə tədris olunur. Əgər namizədlərin türk dili bilikləri kifayət edəcək səviyyədə deyilsə bu zaman onlardan beynəlxalq ingilis dili imtahan nəticələri tələb olunur. Bu istiqamətdə TOEFL və IELTS imtahan nəticələri keçərlidir.
Qardaş ölkədə hüquq təhsili almaq üçün hər hansısa imtahandan keçmək tələbi varmı?
Türkiyədə hüquq təhsili almaq üçün SAT və ya YÖS imtahanından uğurla keçmək tələb olunur. Əks halda universitetlər müraciətlərinizi qəbul etməyə bilər. Daha qabaqcıl universitetdə təhsil almaq üçün SAT imtahan nəticənizin olması üstünlükdür. Bundan başqa imtahan üzrə nəticə tələbi universitetlər arasında cüzi fərqlərlə dəyişə bilir.
Türkiyədə hüquq təhsili üzrə burs qazanmaq mümkündürmü?
Hüquqşünaslıq təhsili üzrə qardaş ölkədə universitetlərin tətbiq etdiyi müxtəlif bursları qazanmaq mümkündür. Bu zaman təhsil haqqınızın, yaşayış xərclərinizin bir qismi və ya tam məbləği qarşılanır. Təqaüd proqramları arasında ən məşhuru Türkiyə burslarıdır. Bundan başqa təhsil almaq istədiyiniz universitetlərin rəsmi saytlarından burslar haqqında məlumat ala bilərsiniz.
Türkiyədə hüquq təhsili neçə ildir?
Türkiyədə bakalavr səviyyəsi üzrə təhsil 4 ildir.
Türkiyədə hüquq təhsili üçün hansı sənədlər tələb olunur?
- Attestat
- Pasportun nüsxəsi
- SAT, İELTS və ya TOEFL nəticəsi
- Universitetlərin tələbindən asılı olaraq referans, niyyət məktubu
Türkiyədə hüquq oxumaq üçün hansı imtahanlardan uğurla keçmək lazımdır?
Hüquq üzrə əsasən SAT və YÖS imtahan nəticələri tələb olunur.
Türkiyədə hüquq təhsili üçün dil bilikləri tələb olunurmu?
Bəli. Türk bölməsi üzrə YÖS, İngilis bölməsi üzrə İELTS ə ya TOEFL