fbpx

Rəqəmsal transformasiya prosesləri biznesin inkişafına necə dəstək olur?

BEY.AZ informasiya agentliyi xəbər verir



Şirkətimiz yarandığı gündən yeni çağırışları, trendləri dəstəkləyir və həmin proseslərə sürətlə uyğunlaşmağa çalışır. Biz pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli xidmət göstərməklə, ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaradaraq qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmağa çalışırıq.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Veysəloğlu Şirkətlər Qrupunun Biznesə Dəstək direktoru Anar Cümşüdov Qrupun “SAP” layihəsinin uğurlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2020-2025-ci illər ərzində davam edəcək “SAP” layihəsinin icrasına indiyə kimi 5 milyon manatdan çox vəsait sərf olunub:
“Qrupa daxil olan şirkətlərdə “SAP S/4HANA” platformasına keçid hazırda uğurla davam etdirilir. Bu rəqəmsal layihə şirkətin logistika, daşınmaz əmlakın idarəsi, satış və satınalma, istehsalat, insan resursları daxil olmaqla, ayrılıqda bütün departamentlərini əhatə etməklə proqramın 24 modulunun eyni anda tətbiqi şirkətin bütün əməliyyat sistemlərinin etibarlı şəkildə işləməsinə əmin olmağa, eləcə də prosesləri tez və səmərəli şəkildə genişləndirməyə imkan verir”.

Qrup rəsmisi eyni zamanda son illər dövlət qurumlarının da rəqəmsal transformasiya proseslərinə sürətli keçidinin bizneslərin inkişafına müsbət təsirini ifadə etməklə, bu sahədə xüsusən Dövlət Gömrük Komitəsinin rəqəmsal xidmətlərini təqdir edib.

Onun sözlərinə görə, vahid gömrük avans sisteminin yaradılması, hesab qalığının gömrük idarələrindən asılı olmayaraq bütün gömrük ödəmələrinə cəlb edilə bilməsinə, avansların fərqli hesablarda istifadəsiz şəkildə qalmasının aradan qalxmasına, eləcə də xərclərin və qalıqların sərbəst izlənilməsi və hesablaşmaların rahat təşkilinə geniş imkanlar yaradır.

Anar Cümşüdov əlavə edib ki, “İxrac əməliyyatları zamanı yaşıl dəhliz buraxılış sisteminin tətbiqi, ixracın həftəsonları və qeyri-iş günlərində təşkili, habelə günlük iş vaxtı limitindən asılı olmayan 7/24 qrafiki baxımından olduqca müsbət hal kimi dəyərləndirilməlidir.

Qrup rəsmisi Dövlət Gömrük Komitəsi sistemi (VAİS) və Azərbaycan Qida Təhlükəsizlik Agentliyi sistemi (AQTİS) arasında məlumat inteqrasiyasını da yüksək qiymətləndirib. O, İdxal icazə rəyi və idxal sağlamlıq aktı müraciətlərinin avtomatik olaraq gömrük sistemində görünməsi ilə kağız daşıyıcılarla sənəd mübadiləsinin ortadan qalxması halının ümümilikdə prosesin operativ və səmərəli təşkilində müsbət rol oynadığını vurğulayıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəqəmsal #transformasiya #prosesləri #biznesin #inkişafına #necə #dəstək #olur

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin