Ağstafada sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır
BEY.AZ informasiya agentliyi xəbər verir
Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluqdan Metbuat.az-a verilən xəbərə görə, Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ariz Bayramova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağstafada #sabiq #bələdiyyə #sədrinin #məhkəməsi #başlayır