fbpx

Dırnaqda bu rəngdə ləkə varsa dərhal tədbir görün

BEY.AZ informasiya agentliyi xəbər verir



Bədəndəki bir çox orqan bizə sağlamlıqla bağlı məlumatlar verir. Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, dırnaqların dibindəki “lunula” adlanan ay şəkilli ləkələr bəzi orqanizmlər barədə vacib məlumatlar verir.

Geniş ləkə

Böyük bir “lunula” yüksək qan təzyiqinin göstəricisidir. Adətən stressdən qaynaqlanır.

Dar ləkə

Dar “lunula” aşağı qan təzyiqi və yavaş qan dövranının göstəricisidir. Bu, immunitetin zəif olduğunu da göstərə bilər.

Fil sümüyü və ağ ləkə

“Lunula”nın rəngi fil sümüyü və ya ağdırsa, bu, normal və sağlamdır.

Boz ləkə

“Lunula” boz rəngdədirsə özünüzü həmişəkindən daha çox yorğun hiss edə bilərsiniz və həzm probleminiz ola bilər.

Çəhrayı ləkə

“Lunula” dırnağın qalan hissəsi ilə demək olar ki, eyni rəngdədirsə bədəninizə çox fiziki gərginlik yükləyirsiniz deməkdir.

Bənövşəyi ləkə

“Lunula” bənövşəyi rəngdədirsə, qan dövranı kifayət qədər yaxşı olmaya bilər. Orqanlar və toxumaların kifayət qədər oksigen almaya bilər. Əgər başgicəllənmə və ya baş ağrısı ilə qarşılaşırsınızsa, problem çox güman ki, qan dövranı ilə bağlıdır.

Qara ləkə

Qara və ya tünd “lunula” metal və dərman zəhərlənməsinin əlaməti ola bilər. Dırnaqlarınızın “lunula”ları qaralıbsa, dərhal həkimə müraciət edin.

Görünməyən ləkə

“Lunula”nın görünməməsi və ya daralması zəif immunitetin əlamətidir. “Lunula” görünməzsə, soyuğa qarşı daha həssas ola bilərsiniz. Bu bədənin vitamin və qida maddələrini mənimsəməkdə çətinlik çəkdiyini də göstərə bilər.

Ənənəvi Çin təbabətinə görə, hər barmaq müxtəlif orqanları təmsil edir. Yalnız bir dırnağın “lunula”sında dəyişiklik müşahidə etsəniz, onunla əlaqəli orqanla bağlı problem ola bilər.

Metbuat.az





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dırnaqda #rəngdə #ləkə #varsa #dərhal #tədbir #görün

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin