fbpx

ETSN-dən Ermənistana cavab

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistan Ətraf Mühit Nazirliyinin iri metallurgiya zavodunun inşası barədə bəyanatına cavab verib.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Metbuat.az-a bildirib ki, Ermənistan bu məsələdə beynəlxalq sazişlər çərçivəsində öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirməyib.

“Bu zavodun tikintisinin Ermənistanınn qanunvericiliyinə uyğun olub-olmamasından deyil, onun beynəlxalq hüquq normalarına cavab verib-verməməsindən söhbət gedir. Ermənistan ESPO konvensiyasının üzvüdür, bu konvensiyada konkret olaraq yazılıb ki, hər hansı bir sərhədə yaxın, digər ölkənin ərazisinə ekoloji təsir ehtimalı olan halda həmin ölkə ilə ətraf mühitə təsirin qiymətləndirilməsi proseduru ilə bağlı müzakirələr və razılaşmalar aparılmalıdır. Biz demirik ki, Ermənistan ekoloji normalara uyğun olmayan bir zavod tikir, biz deyirik ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Yəni onlar bizə müvafiq sənədləri göndərsəydi, görsəydik ki, bu zavodun fəaliyyəti ekoloji cəhətdən təmizdir, biz heç nə deməyəcəkdik”, – nazirin müşaviri deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisindəki ekoloji durumu öyrənməkdə və qorumaqda maraqlıdır:

“Ermənistanın tikməyə çalışdığı bu zavod Azərbaycan ərazisinə çox yaxındır, təxminən 1 kilometrlik məsafə var. Ona görə də Ermənistan zavodu tikməyə başlamazdan əvvəl ekoloji təsirlə bağlı məlumatları Azərbaycanla paylaşmadığı üçün artıq beynəlxalq öhdəliyi pozmuş sayılır”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ETSNdən #Ermənistana #cavab

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin