fbpx

Bakıda yaralı qadın təcili yardım xərəyindən düşərək öldü

BEY.AZ informasiya agentliyi xəbər verir



Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın xəstəxanada ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.

Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #yaralı #qadın #təcili #yardım #xərəyindən #düşərək #öldü

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin