Liftin düyməsini qıran hakimlə bağlı araşdırmalara başlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovla bağlı araşdırmalara başlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb.
“Bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq”, – deyə məlumatda vurğulanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Liftin #düyməsini #qıran #hakimlə #bağlı #araşdırmalara #başlanılıb