fbpx

Azərbaycanda taksilərin qiyməti bahalaşır – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, Azərbaycanda taksilərin qiyməti artacaq.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin komitə iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı qiymətlərin artacağını bildirib.

Nazir qeyd edib ki, təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsi hədəflənir.

Təklifə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər müəyyənləşir. Belə ki, artıq taksi fəaliyyəti göstərmək istəyən şəxs buraxılış kartı və buraxılış vəsiqəsi alacaq.

Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə bildirib ki, taksi sifarişi operatorlarına yalnız taksi daşıyıcısı kimi icazə alanlar qoşula biləcəklər. Üstəlik taksilərdə taksometr və ya onu əvəz edən proqram təminatı olmalıdır. Sürücülərin iş və istirahət rejmləri barədə məlumatlar aidiyyəti dövlət orqanının informasiya sisteminə real vaxt rejmində ötürülməlidir.

Milli məclisin komitə sədri Tahir Mirkişili də taksi üçün buraxılış vəsiqələri və taksi sifarişi operatoru fəaliyyətinə icazələrin müddətini açıqlayıb.

Buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyan şəxslər üçün yeni cərimələr də müəyyənləşir.

Bu hal il ərzində təkrar edərsə, bu zaman cərimə məbləğləri ikiyə vurulacaq. Təklifə əsasən icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Metbuat.az “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edir:








Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #taksilərin #qiyməti #bahalaşır #VİDEO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin