fbpx

Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları SƏRƏNCAMA GÖNDƏRİLİR – Generaldan ƏMR

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.

Bey.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların “işinə” yenidən baxılacaq.

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib etdi.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin