fbpx

“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?”

“Arvadının alt paltarının rənginədək hamı görürsə, belə namuslu ailə olur? Üzr istəyirəm, sənin həyat yoldaşını sən görmək istədiyin tərzdə hamı artıq görüb”. Bu sözləri Cebhe.info-ya ilahiyyatçı Hacı Təyyar qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən deyib.

“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar? Kişi ilə qadının fərqi çoxdur. Bu fərq Allahdan yaradılıb. Bütün sahələrdə qadınlarla kişilər fərqlənirlər. Onları istər bioloji, fizioloji və digər cəhətdən maksimal dərəcədə fərqləndirmək lazımdır”.

Hacı Təyyar bildirib ki, qadınla kişi çimərliyinin bir yerdə olması, onların bir çimməsi Sovet dövründən qalıb:

“Qadınla kişi hamamı, saunası eyni olur? Əlbəttə, xeyr! Artıq camaat lütdür. Afrikadakı insanlarda açıq- aşkar utanmaq hissi yoxdur. Hər yerin öz forması var. Bütün yerlər üzrə geyim var. Kişi və qadın çimərlikləri sauna və hamamlar kimi ayrı olmalıdır”.

Qeyd edək ki, son zamanlar türkiyəli ilahiyyatçı və din xadimləri tərəfindən qadınların geyimələri ilə bağlı iradlar, tənqidlər və hətta təhqir dolu paylaşımlar artmaqdadır. Onlardan biri də türkiyəli məşhur ilahiyyatçı Halil Konakçıdır. Belə ki, o, açıq geyinən qadınlar baradə danışarkən “Küçələr qəssab dükanına dönüb. Ət görməkdən ürəyimiz bulanır. Yüz il əvvəl babalarımızın yataq otağında görmədiyi geyimləri biz bu gün küçələrdə görürük.

Niyə? Bu qadınların ataları, ərləri, qardaşları yoxdur?!”,- deyib. İlahiyyatçının sözlərinə dəstək verənlər olsa da, onu qınayanlar, qadınlar haqda kobud və təhqir dolu ifadələrdən istifadə etdiyini deyənlər də az olmayıb.

Bir Yorum

  1. Tamamilə doğrudur.Bu müsəlmanlar üçün yaramayan,əxlaqa uyğun gəlməyən bir əməldir.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin