fbpx

İran anlaşmanı pozdu – Üç ölkə məsləhətləşməyə başladı

“İranın son aylarda nüvə proqramını nüvə sazişinə (JCPOA) zidd olaraq inkişaf etdirdiyini nəzərə alaraq, Almaniya İslam Respublikasına raket embarqosunun uzadılması ehtimalı barədə Fransa və Böyük Britaniya ilə məsləhətləşir”.

BEY.AZ xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner deyib.

XİN-in sözçüsü qeyd edib ki, nüvə sazişinin müddəalarından birinə əsasən, İranın ballistik raket proqramları ilə əlaqədar tətbiq olunan sanksiya oktyabrın 26-da başa çatacaq.

Vaqner Tehranın nüvə proqramını nüvə razılaşmasına zidd olaraq inkişaf etdirdiyini bildirib: “Bizim nüvə sazişinin tərəfləri olaraq, yerinə yetirməli olduğumuz Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan öhdəliklərimiz var”.

Beynəlxalq nüvə sazişi bir sıra sanksiyaların ləğvini ehtiva edir. Amma 2015-ci ildə razılaşmanın imzalanmasından sonra İran müqaviləni pozub. Tehran uranı sazişdə göstərilən həddən çox zənginləşdirib.

İrana qarşı tətbiq olunan sanksiyaların müddəti bu ilin oktyabrın 26-da başa çatacaq. Sanksiyalar Tehranın nüvə başlıqları daşıya bilən ballistik raketlər hazırlamaması üçün tətbiq olunur. Həmçinin, bununla İrana 300 kilometrdən artıq uçuş qabiliyyətinə malik pilotsuz təyyarələrin və onların komponentlərinin alqı-satqısı və ya təhvil verilməsi qadağan edilib.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin