Vəliəhd şahzadənin Ərdoğana jesti maraqla qarşılandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəliəhd şahzadə Məhəmməd bin Salmanla bir araya gəlib.
Metbuat.az xəbər verir ki, Ərdoğan və vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra razılaşmalar imzalanıb. Tərəflər müxtəlif sahələr üzrə 5 sənəd imzalayıblar. Görüşlərdən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ona hədiyyə edilən “TOGG” avtomobilinin sükanı arxasına keçərək, Prezident Ərdoğanı qalacağı otelə aparıb.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın Ərdoğana jesti sosial mediada maraqla qarşılanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vəliəhd #şahzadənin #Ərdoğana #jesti #maraqla #qarşılandı