fbpx

DSX rəisinin yeni müavini kimdir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti (DSX) rəisinə yeni müavin təyin edilib. Belə ki, müvafiq sərəncamla general-leytenant Rəsul Tağıyev DSX-nin rəisinin şəxsi heyətlə iş üzrə müavini təyin edilib.

Metbuat.az xəbər verir ki, Rəsul Tağıyev 1976-cı il avqustun 18-də anadan olub.

O, Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib. Belə ki, 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda “polkovnik” hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda “general-mayor” ali hərbi rütbəsində olub.

Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və kapitan Rəsul Tağıyev “Hərbi xidmətlərə görə” medalı, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin polkovnik-leytenant Rəsul Tağıyev “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib . O həm də I və II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Rüya tabirlerini burdan oku

Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2018-ci il tarixli Sərəncamına əsasən, polkovnik Rəsul Tağıyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə III dərəcəli “Rəşadət” ordeni alıb. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Zəfər” ordeni ilə təltif edilib.

Həmçinin Tağıyev Cəbrayıl və Zəngilanın azad olunmasına görə medala layiq görülüb.

2021-ci ildə İlham Əliyevin sərəncamına əsasən general-mayor Rəsul Tağıyev Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

Ötən il ilə general-mayor Rəsul Tağıyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #DSX #rəisinin #yeni #müavini #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu