fbpx

ABŞ-dan Ukraynaya növbəti dəstək

BEY.AZ informasiya agentliyi xəbər verir



ABŞ-ın Müdafiə Nazirliyi Ukraynanın döyüş meydanındakı ehtiyaclarını dəstəkləmək üçün 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi açıqlayıb.

Metbuat.az xəbər verir ki, Pentaqonun bəyanatına görə, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim edilən yeni 1,3 milyard dollarlıq hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərini və sursatları ehtiva edir. Yardım paketinə 4 milli qabaqcıl yer-hava raket sistemi (NASAMS), döyüş sursatı, 152 millimetrlik artilleriya mərmisi, minalardan təmizləmə avadanlığı, “TOW” raketləri, pilotsuz uçuş sistemləri və digər avadanlıqlar daxildir.

“Birləşmiş Ştatlar öz müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya onun döyüş meydanında təcili və uzunmüddətli təhlükəsizlik ehtiyaclarını ödəmək üçün dəstəyini davam etdirəcək”, – bəyanatda deyilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #ABŞdan #Ukraynaya #növbəti #dəstək

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin